Tanınmış yamaykalı sprinter Hüseyn Bolt futbolla məşğul olmaq məramını bəyan edib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, idmançı 2016-cı il olimpiadasından sonra futbola keçməyə qərar verib."Düşünürm ki, Riodan sonra mən qaçışçı kimi karyeramı başa vuracam və baxarıq görək futbolçu kimi necə olacam. Ümid edirəm ki, işə yarayacam", - idmançı Eurosport-a müsahibəsində deyib. Altı qat olimpiya çempionu futbol sevgisi haqqında hələ 2011-ci ildən danışıb. O, İngiltərənin "Mançester Yunayted" klubunda oynamaq istədiyini deyib. Yüngül atlet kimi isə karyerasını hələ başa vurmayıb. Yamaykanın futbol üzrə yığmasının baş məşqçisi Vinfrid Şeferdən komandaya dəvət alıb. "Ümid edirəm ki, biz onu yaxşı futbolçu kimi yetişdirə biləcəyik", - Şefer bildirib.
Mənbə: Milli.Az