Qadin.NET / Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?

Ukraynadakı siyasi böhran ARDNŞ-nin işinə təsir edib?

 

Ukraynadakı siyasi böhran ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ölkədəki işinə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət obyektiv səbəblər üzündən neft məhsullarının satış həcmlərinə təsir etsə də, ümumilikdə ARDNŞ-nin bu ölkədəki işinə təsir etməyib.
O, ARDNŞ-nin Krımda hansısa aktivlərinin olmasına dair suala cavab verərkən bildirib ki, Şirkətin bütün biznesi yarımadadan kənarda cəmlənib.
Qeyd edək ki, ARDNŞ Ukraynada neft məhsullarının pərakəndə satışını həyata keçirir. Şirkət bu ölkədə 40-a yaxın yanacaqdoldurma məntəqəsinə, neft bazalarına malikdir, eləcə də gəmilərin yedəyə alınmasını həyata keçirir.
Şirkət, həmçinin Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin inşası layihəsini reallaşdıran "Sarmatia" BBKM-in də iştirakçısıdır.

Mənbə: Milli.Az

 

12 mart 2014
GO BACK