Qadin.NET / Ağdərənin 9 kəndinin işğalından 22 il ötür

Ağdərənin 9 kəndinin işğalından 22 il ötür

 

Bu gün Ağdərə rayonunun 9 kəndinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 22 il ötür. 1992-ci il martın 12-də starteji əhəmiyyətə malik Xankəndi – Ağdərə yolu üzərində yerləşən Sırxavənd, Bəşirlər, Qaraşlar, Manikli, Tellibinə, Xatınbəyli, Talalar, Orta Güney və Baş Güney kəndləri işğal edilib. Sonralar erməni mənbələrinin verdiyi məlumatlarda bildirilirdi ki, həmin kəndlərin işğal edilməsi üçün 7 min canlı qüvvə və xeyli sayda zirehli texnikadan istifadə edilib. 

Milli.Az El TV-yə xəbər verir ki, ermənilər həmin kəndlərdə əvvəlcə gözləmədikləri müqavimətlə rastlaşıblar. Bu zaman xeyli itki verən erməni silahlıları geri çəkilərək bütün kəndləri yandırıcı güllələrlə atəşə tutublar. Gün ərzində davam edən atışma zamanı ermənilər xeyli itki verib. Lakin düşmən tərəfə əlavə qüvvələrin gətirilməsini və kəndlərin hər tərəfdən mühasirəyə alındığnı görən kənd sakinləri əlavə itkilər verməmək üçün kəndləri tərk ediblər.

Mənbə: Milli.Az

 

12 mart 2014
GO BACK