Qadin.NET / "İnternetin atası"nın təklifləri var

"İnternetin atası"nın təklifləri var

 

Martın 12-də Britaniyanın Guardian qəzeti yazıb ki, qlobal şəbəkənin (WWW) ixtiraçısı Tim Berners-Li bütün internet istifadəçilərinin hüquqlarını müdafiə edən xüsusi sənəd hazırlamağı və qəbul etməyi təklif edib.Cənab Tim Bernes-Li deyib ki, sərbəstlik və internet azadlığı tez-tez təhdidə məruz qalır. Onun sözlərinə görə, günümüzdə öz mahiyyətinə görə açıq və neytral əhəmiyyət daşıyan qlobal şəbəkəni tez-tez istifadəçilərin hüquqlarını pozan hökumətlər və böyük korporasiyalar nəzarətdə saxlamaq istəyirlər."Biz qlobal konstitusiya, internetdə hüquqlar haqqında sənəd, onlayn dünya üçün Böyük Azadlıq xartiyasına ehtiyac duyuruq, – Bernes-Li deyib. - Hökumətlər, şirkətlər və dövlət təsisatları tərəfindən müddəalarına riayət ediləcək yalnız bu sənədin imzalanması interneti hər kəs üçün əlçatan, azad və açıq saxlamağa kömək edəcək".Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla belə, The Guardian nəşrinə müsahibəsində Berners-Li deyib ki, o, hər bir dövlətin şəbəkədən istifadə üçün öz xüsusi qaydalarını təyin etmə hüququnu qəbul edir. Lakin alim deyib ki, bu qaydalar istifadəçilərin hüquqlarını məhdudlaşdırmamalı və hökmən rəqəmli texnologiyalar sahəsində bütün əsas beynəlxalq standartlara riayət edilməsinə zəmanət verən vahid prinsiplər toplusuna əsaslanmalıdır.İnternet konstitusiyasının yaradılması təşəbbüsü cənab Berners-Linin Web we want adlı böyük layihəsinin bir hissəsidir. Təşəbbüs Berners-Linin 1989-cu ilin martında qlobal şəbəkə ideyasının nümayişi anının 25 illiyinə həsr edilib. Layihənin internet resursunda rəqəmli Azadlıqlar xartiyasının hazırlanmasında iştirak etmək istəyən hər kəs üçün açıq qeydiyyat imkanı yaradılıb. Saytda xartiyanın əsas prinsipləri kimi internetə çıxış azadlığı, fərdi informasiyanın təhlükəsizliyinə zəmanət, özünü ifadə etmə azadlığı, desentralizasiya və bitərəflik göstərilib.2013-cü ilin dekabrında, həmçinin dünyanın 500 yazıçısı oxşar təşəbbüslə (internetdə hüquq haqqında sənəd yaratmaq) çıxış edib. Yazıçılar BMT-yə xüsusi xidmət orqanlarının şəbəkədə nəzarətini məhdudlaşdıran və internetdə vətəndaş hüquqlarını müdafiə edən beynəlxalq xartiya hazırlanması müraciətindən ibarət məktub göndəriblər.

Mənbə: Milli.Az

12 mart 2014
GO BACK