Qadin.NET / Infiniti QX70-nin fərqli halı

Infiniti QX70-nin fərqli halı

 

Infiniti QX70-nin fərqli halı
Rusiyanın “Larte Design” tüninq-şirkəti premial yolsuzluq avtomobili “QX70” üçün yeni bodi-kit hazırlayıb. Yüngül poliuretandan hazırlanmış enli PU RIM asması əlavə aksessuarlarla təmin edilir.Milli.Az Auto.az-a istinadən bildirir ki, onlara diodlu hərəkət işıqları və qaz buraxma sisteminin böyük sonluqları daxildir. Əlavə olaraq qabaqcıl istehsalçılardan eksklüziv dizaynlı böyük ölçülü disklər, paslanmayan idman qaz buraxma qaz çıxarma borusu və asılqanı aşağı salmaq üçün dəst sifariş etmək olar.Yolsuzluq avtomobilinin daha da idmansayağı və aqresiv görünməsi üçün onu torlu havaçıxıntısı, üzərində “Larte” emblemli radiator barmaqlığı olan tamamilə fərqli qabaq bamperlə, təkər arkalarının ventilyasiya olunan kəsikləri, yan ətəklər, qabaq qanadlarda əlavələr, 5-ci qapı spoyleri, duman əleyhinə fənərlərin və qaz buraxma sisteminin 101 mm-lik borularının yerləşdiyi böyük aşağı əlavəsi olan arxa bamperlə təchiz ediblər.Yeni staylinqi qabaq fənərlərin kirpikləri və tutqun qara rəngdə boyanmış 22-düymlük disklər tamamlayırlar.

 

 

Infiniti QX70-nin fərqli halı


Mənbə: Milli.Az

12 mart 2014
GO BACK