Qadin.NET / Şumaxerin həyatı ilə bağlı xoş xəbər

Şumaxerin həyatı ilə bağlı xoş xəbər

 

 

“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxerin səhhətində müsbət dəyişiklik qeydə alınıb. Apasport.az saytının məlumatına görə, onun süni nəfəsalma aparatından ayrıldığı və artıq insan səsinə reaksiya göstərdiyi iddia olunur.“Formula-1”in rəsmi saytında qeyd edilir ki, Mixael əvvəlki kimi komadan tədricən çıxarılma mərhələsindədir: “Vəziyyət dəyişməyib”.Şumaxerin meneceri Sabina Kim isə bildirib ki, artıq Mixaelin həyatı təhlükədə deyil. Bununla yanaşı, riskin tamamilə ötüşdüyü və onun tam sağalacağı barədə danışmaq hələ həddən artıq tezdir.
Mənbə: Milli.Az
12 mart 2014
GO BACK