Balıq və balıq məhsullarından müntəzəm istifadə səhhətin və əhvalın yaxşı olmasına səbəb olur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Yaponiyanın milli sağlamlıq və qida institutunun araşdırması bunu deməyə əsas verir. İnstitutun apardığı araşdırmada 1000 nəfər yaşlı kişi və qadın iştirak edib. Onlar ekspertlərin xahişi əsasında anket doldurublar. Anketdə respondentin psixi və fiziki vəziyyəti ilə bağlı suallar olub. Misal üçün, anketdə soruşulub ki, insan ictimai nəqliyyatdan nə qədər istifadə edir. Dost-tanışlarını tez-tez ziyarət edirmi? Onlardan məsləhət alırmı? Sorğu anketində insanın gün ərzində qəbul etdiyi qidalar barədə də suallar olub. Məlum olub ki, balıq məhsullarından daha çox istifadə edən şəxslər fiziki və psixoloji vəziyyətlə bağlı daha müsbət nəticələr göstərirlər. Zülal əzələ kütləsinin bərkiməsi əhəmiyyətlidir. İnsan yaşa dolduqca qida maddələrini rahat həll edə bilmir. Faydalı maddələrin gündəlik qəbulu isə orqanizmin qoca yaşlarında da sağlam qalmasına xidmət edir. Kişilər daha çox zülala ehtiyac duyurlar. Çünki zamanla onlar daha çox əzələ kütləsi itirirlər. Daha yaxşı zülal mənbəyi isə balıqdır. Çünki onun tərkibində omeqa-3 yağ turşusu daha çoxdur. Bu da artiti rahatlaşdırır, kəm ağıllılığın qarşısını alır.
Mənbə: Milli.Az