Qadin.NET / "Dədə Qorqud" filmi nə vaxt çəkiləcək?

"Dədə Qorqud" filmi nə vaxt çəkiləcək?

“Film bu ilin çəkiliş planına daxildir. Hazırda ssenarinin yazılış prosesi gedir. AYB sədri Anarın ssenarisi Bədii Şurada qəbul olunandan sonra rejissor, aktyor heyətinin seçilməsi həyata keçiriləcək. Ssenarinin yazılması yaradıcılıq işidir. Ona görə onun Bədii Şuraya nə vaxt təqdim olunacağı, hələ ki, məlum deyil”. Bunu Modern.az-a açıqlamasında kinostudiyanın direktoru Müşfiq Hətəmov deyib.Xatırladaq ki, Azərbaycan prezidenti “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Mənbə: Milli.Az

12 mart 2014
GO BACK