Cenevrə avtosalonunda Bugatti şirkəti markanın tarixində əsas rolları oynamış insanlara həsr edilmiş eksklüziv Legends sırasından dördüncü Veyron Grand Sport Vitesse rodsterini təqdim edib. Yeni superkar Ettore Buqatti firması banisinin qardaşı, məşhur heykəltəraş olmuş Rembrandt Buqattinin şərəfinə adlandırılıb.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Rembrandt Buqatti animalist idi və sonradan təmtəraqlı Bugatti Type 41 La Royale -nın burun fiquru olmuş "Fil sirkdə" heykəlciyinin müəllifidir. 1916-cı ildə heykəltəraş Birinci dünya müharibəsinin reallıqlarından doğan dərin depressiya sonucunda 31 yaşda özünə qəsd etdi. Buqatti qardaşlarından ən kiçiyi əsasən tuncla işlədiyindən onun xatirəsinə həsr edilmiş Veyron qəhvəyi-tunc tonlarda yerinə yetirilib. Elə həmin filin təsvirlərindən interyerin tərtibatında istifadə edilib.Daha əvvəl Bugatti yarışçılar Jan-Pyer Vimill və Meo Konstantiniyə, həmçinin Ettore Buqattinin oğlu, dizayner və sınaqçı Jana həsr edilmiş rodsterləri təqdim etmişdi. Hər versiya mini-seriyayla üç nüsxədə buraxılır və qiyməti 2,18 milyon avrodur. Ümumilikdə Legend Edition seriyasında altı "ada həsr edilmiş" superkar olacaq. Texniki olaraq onlar eynidir: avtomobilləri hərəkətə 1200 güclü 7,9 litrlik kvadroturbo W16 mühərriki hərəkətə gətirir.
Mənbə: Milli.Az