Britaniyalı alimlər indiyə qədər elmə məlum olmayan texnogen qazlar aşkarlayıblar. Qrenlandiyada qar nümunələrinin tədqiqatı zamanı aşkar edilən dörd növ zəhərli qaz insan həyatı üçün təhlükə mənbəyidir. Tədqiqatçılar indiyə qədər məlum olmayan freonlar aşkarlayıblar. Bu freonların tərkibinə etan, ftor və xlor birləşməsi daxildir. Bu cür maddələrin yaranma səbəbi bəlli olmasa da, il ərzində üç ton çəkidə həmin maddə atmosferə daxil olur.
Mənbə: Milli.Az