Qadin.NET / Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək - SİYAHI

Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək - SİYAHI

 

Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcəkdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaqdır.
Yarmarkalar 15-19 martda aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri, Xətai rayonu:
- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən "H.Aslanov" metrosuna düşən yolda.
Yasamal rayonu:
- Akim Abbasov küçəsi, İran klinikasının yanı.
Nərimanov rayonu:
- "Gənclik" metrosu, stadionun yanı.
Binəqədi rayonu:
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti.
Suraxanı rayonu:
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.
Nəsimi rayonu:
- Təzə bazarın ərazisi.
Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.

Mənbə: Milli.Az

 

11 mart 2014
GO BACK