Qadin.NET / Səfirlikdən Rusiya ilə həmsərhəd vilayətlərdə yaşayan azərbaycanlılara xəbərdarlıq

Səfirlikdən Rusiya ilə həmsərhəd vilayətlərdə yaşayan azərbaycanlılara xəbərdarlıq

 

Ukrayna və Rusiya arasında yaşanan gərginlik və müharibə ehtimalının güclənməsi ilə əlaqədar Azərbaycanın Kiyevdəki səfirliyi xüsusən ölkənin Rusiya ilə sərhəddə, rusiyameylli əhalinin daha çox yaşadığı vilayətlərdə məskunlaşmış azərbaycanlılara müraciət edib.Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hazırda ölkənin Rusiya ilə sərhəd vilayətlərində yaşayan azərbaycanlılarla qəbul keçirilir, söhbətlər aparılır.

Onun sözlərinə görə, soydaşlarımıza daha çox xəbərdarlıq olunur ki, bu vilayətlərdə baş verəcək istənilən təxribatdan, iğtişaşdan və qarşıdurmadan uzaq dursunlar: “Orada yaşayan azərbaycanlıların çoxu yerli vətəndaşlardır. Buna görə də onların siyasi baxışına, seçiminə biz təsir edə bilmərik. Biz sadəcə, onlara bu məsələdə təxribata getməməklə bağlı xəbərdarlıq etmişik”.

Mənbə: Milli.Az

 

11 mart 2014
GO BACK