Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, martın 12-si axşam saatlarından əsasən şimal və qərb rayonlarından başlayaraq 14-ü gündüzədək ölkə ərazisində havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.Bu müddətdə ötən günlərlə müqayisədə havanın temperaturu 5-9 dərəcə enəcək. Martın 12-si axşamdan 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcəkBakı və Abşeron yarımadasında martın 12-də hava dəyişkən buludlu olacaq, axşama doğru buludluluq artacaq, gecə yağış yağacaq. Şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək.Bakı və Abşeron yarımadasında martın 12-də havanın temperaturu gecə 3-5, günün birinci yarısı 14 dərəcəyədək, axşama doğru isə 6 dərəcə isti olacaq.Azərbaycanın bölgələrində gecə və səhər duman, çiskin proqnozlaşdırılır. Günün ikinci yarısı ölkənin şimal və qərb rayonlarında yağıntılar başlayacaq, axşama doğru dağlıq və dağətəyi ərazilərdə sulu qar yağacaq.
Arabir güclənən qərb küləyi əsəcək.Aran rayonlarında martın 12-də havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.Dağlıq rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.
Mənbə: Milli.Az