"Zenit" klubunun baş məşqçisi Luçano Spaletti istefaya göndərilib.Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib.Peterburq təmsilçisini bundan sonra ötən il futbolçu karyerasını başa vuranSergey Semak çalışdıracaq. Semakın Premyer Liqada ilk sınağı isə martın 15-də CSKA (Moskva) klubuna qarşı olacaq.
Qeyd edək ki, Spaletti 2009-cu ildən "Zenit" klubunu çalışdırırdı. Onun istefaya göndərilməsinin dəqiq səbəbləri hələlik açıqlanmayıb.
Mənbə: Milli.Az