İngiltərənin “Arsenal” futbol klubunun baş məşqçisi Arsen Venger martın 11-də “Bavariya”ya qarşı oyuna optimist əhval-ruhiyyədə çıxır. Apasport.az saytının məlumatına görə, Venger komandasının qalib gəlmək gücündə olduğunu bildirib.
Amma onun fikrincə, bunun üçün “Arsenal” ən yaxşı oyununu göstərməlidir:“Biz yaxşı oyun göstərməyə hazırlaşırıq. Ötənilki təcrübə çox vacibdir. Bilirik ki, bizim buna qüvvəmiz çata bilər. Mənim komandam kifayət qədər yaxşı və ambisiyalı komandadır. Biz ən yaxşı oyunumuzu göstərərək məqsədimizə çata bilərik. Oyunun əvvəlində vura biləcəyimiz qol bizə çox kömək edərdi. Amma hələlik bu qol vurulmayıb. Biz qolu sonra da vura bilərik. Hazırda “Bavariya” Avropanın ən güclü komandasıdır. Amma biz də qüvvəmizə inanırıq”.Xatırladaq ki, birinci oyunda “Bavariya” səfərdə 0:2 hesabı ilə qalib gəlib.
Mənbə: Milli.Az