Qadin.NET / Azərbaycanın tanınmış professoru vəfat etdi

Azərbaycanın tanınmış professoru vəfat etdi

 

 

Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru, "Vətəndaş Cəmiyyəti Uğrunda" ictimai təşkilatın rəhbəri Eldar İsmayılovvəfat edib.Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub.1990-1994-cü illərdə BDU-nun Tarix fakültəsinin dekanı işləyib. 1997-ci ildən bu yana kimi universitetdə işlə yanaşı, "Vətəndaş Cəmiyyəti Uğrunda" adlı QHT-yə də rəhbərlik edirdi. E.İsmayılovun təşkilatı Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.
Mənbə: Milli.Az
10 mart 2014
GO BACK