Qadin.NET / Ançelotti: "Hədəfimiz 3 kubokdur"

Ançelotti: "Hədəfimiz 3 kubokdur"

 

"Real Madrid" baş məşqçisi Karlo Ançelotti La Liqada "Levante"yə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edib.
 Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis liderliklərini qoruduqları üçün xoşbəxt olduqlarını deyib. Ancaq o, çempionluq mübarizənin mövsümün sonuna qədər davam edəcəyini bildirib:"Çox yaxşı oyun nümayiş etdirdik. Unutmamalıyıq ki, biz 6 xal geridə olmağımıza baxmayaraq, zirvəyə yüksəldik. Bu isə o deməkdir ki, hər an, hər şey ola bilər. Bundan sonrakı bütün matçlar bizim üçün bir finaldır. Hədəfimiz 3 kuboku da qazanmaqdır".
Mənbə: Milli.Az
10 mart 2014
GO BACK