Qadin.NET / Dünyanın ən qədim tacı göstərilir

Dünyanın ən qədim tacı göstərilir

 

Dünyanın ən qədim tacı göstərilir
Ölü dənizin yanında, Yəhudi Səhrasında tapılmış tac ilk dəfə nümayiş olunur. 1961-ci ildə aparılmış arxeoloji-qazıntı işləri zamanı səhradakı mağarada tapılan bu artefakt dünyanın ən qədim tacı sayılır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Nahal Mişar dəfinəsi" adlanan bu tapıntıya tacla bahəm, 400 müxtəlif əşya da daxildir.Onlar mis dövründə, eramızdan 4-3 min il əvvəl hazırlanıb. Arxeoloqların fikrincə, bu əşyalardan varlı və nüfuzlu adamların dəfn mərasimlərində istifadə olunub.İsrailli arxeoloq Pesah Bar-Adon və həmkarlarının "Xəzinələr mağarası" adlanan mağarada tapdıqları "Nahal Mişar dəfinəsi"ndən 150 əşya indi ABŞ-ın Nyu-York şəhərindəki Qədim Dünyanın Tədqiqatı institutunda "Alov ustası: İsraildə mis dövrünün sənəti" sərgisində nümayiş olunur.
Mənbə: Milli.Az
10 mart 2014
GO BACK