Qadin.NET / Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı

Bakıda tikinti şirkətlərinin gəlirləri açıqlandı

 

"Əgər yeni tikilidən inşaat şirkəti 30% və daha aşağı gəlir götürürsə, bu rentabelsiz hesab edilir. Biz bu sahədə araşdırma aparmışıq, firmaların göstəricilərini öyrənmişik və nəticədə ortaya çıxarmışıq ki, 30%-dən aşağı gəlir rentabelli deyil. Bu səbəbdən 30%-dan aşağı rəqəmi rentabellik göstəricisindən aşağı hesab etmək olar. Yuxarı göstəricilər isə təxminən 80%-ə bərabərdir. Nadir hallarda 100%-lik göstəricilər ola bilər. Əgər qazanc 80%-dən çoxdursa, deməli, şirkət üçün bina ucuz başa gəlib". Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu sözləri "Р­С…Рѕ" qəzetinə daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib. "İndi mənzil əmlak bazarında struktur dəyişiklikləri müşahidə olunur. Əvvəllər xərclərin çox hissəsi tikinti materiallarına gedirdisə, indi əmək haqlarının qalxması ilə əlaqədar həmin xərclər daha çoxdur", - o əlavə edib. Ekspert onu da qeyd edib ki, binanın inşa olunduğu yerdən asılı olaraq, xərclər də dəyişir. "Əgər tikinti sahəsi mərkəzdədirsə, sözsüz ki, xərclər artır. Əgər tikinti şəhərdən kənarda aparılırsa, xərclər azalır. 

Mənbə: Milli.Az

 

10 mart 2014
GO BACK