2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və uğurlarınıza sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.
3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtlikdir.
4. Xoşbəxt olmağın sirlərindən biri də Tanrının bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə, deməli, xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin.
5. Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.
6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək.
7. “Hər şey məndə də olmalıdır” şüarından uzaq olmağa çalışın. Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək.
8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur.
9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir.
10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətidir.
11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməlisaleh olan insanları qiymətləndirsəniz, bu sizin mövqeyinizi müəyyənləşdirəcək ki, siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız.
Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz olsun. Unutmayın ki, bu müvəqqəti həyatda xoşbəxt olmağınız öz əlinizdədir.
Mənbə: Milli.Az