Banqladeş
Ölkənin ən qabaqcıl partiyalarından olan Avami Ligi "Facebok"u 30 may 2010-cu ildə qadağan edib. Səbəb isə dinsizliyin təşviqatıdır. Lakin bu qadağa uzun çəkməyib və bir necə aydan sonra sosial şəbəkəyə giriş açılıb.
Çin
2009-cu ildə ölkədə baş verən ixtişaşlarda əsas xəbərləşmə vasitəsi olan "Facebook" bağlandı. 2013-cü ilin avqust ayında bu şəbəkəyə giriş qismən bərpa edilib.
Misir
Bu ölkədə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə "Facebook"a giriş məhdudlaşdırılıb. Tam məhdudiyyət qısa sürsə də, 2010-2012-ci illərdə sosial şəbəkəyə giriş 86 dəfə kəsilib.
Şimali Koreya
"Facebook", "Twitter" və "Youtube" kimi bütün saytlar bağlıdır. Açılma ehtimalı isə çox aşağıdır.
İran
2009-cu ildəki prezident seçkisindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlandı. 2013-cü ilin sentyabrda hər iki sayta girişə icazə verildi.
Mərakeş
Kral 6-cı Məhəmməd adına yaradılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranır. Xüsusilə 2009- 2013-cü illər ərzində məhdudiyyətlər tez-tez yaşansa da, uzunmüddətli olmayıb.
Suriya
"Facebook"a yasaq ilk olaraq 2007-ci ildə tətbiq edilib. Saytın fəaliyyəti dövlətə qarşı mesajlar yayımlandığı üçün məhdudlaşdırılıb.
"Facebook" sosial şəbəkəsinin aylıq milyonlarla fəal istifadəçisi var. Hər il bu rəqəmdə azı 3 faizlik artım olur.
Mənbə: Milli.Az