Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Milli.Az Anspress-ə istinadən martın 8-də baş verən əlamətdar hadisələrə nəzər salır.
Miladi: 08 mart 2014
Hicri: 07 cəmaziul-əvvəl 1435
İlin 68-ci günü
İlin sonuna 297 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.53
Günəş - 07.02
Zöhr - 12.55
Əsr - 16.35
Məğrib - 18.54
İşa – 20.10
E.ə.480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib.
1074-cü ildə Roma papası rahiblərin nikahını qadağan edib.
1338 - Azərbaycan filosofu, şair, Orta Əsrlər müsəlman Şərqinin görkəmli mütəfəkkiri Əvhədi Marağai (Ruhnəddin) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru "Cəmşid piyaləsi") müəllifidir. Dəqiq təvəllüdü məlum deyil, 1274-cü ildə Marağada doğulduğu təxmin edilir.
1403 – 4-cü Osmanlı padşahı İldırım Bəyazid vəfat edib.
1857-ci ildə Nyu-Yorkda tekstil fabrikinin qadınları aşağı maaş və ağır iş şəraitinə qarşı etiraz ediblər.
1822-ci ildə süni dişlər ilk dəfə patentləşdirilib.
1910-cu ildə Kopenhagendə Beynəlxalq Qadınlar Konfransında irəli sürülən təklifdən sonra bu gün Beynəlxalq Qadınlar Bayramı kimi qəbul edilib.
1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911-1965) anadan olub. 1927-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən Dövlət Dram Teatrında çıxış edib.
1917 – İlk dəfə caz janrında musiqi valı satışa çıxarılıb.
1918-ci ildə Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb.
1952-ci ildə Filadelfiyada ilk süni ürək əməliyyatı aparılıb.
1955-ci ildə Sumqayıt Alüminium zavodu fəaliyyətə başlayıb.
1956-cı ildə SSRİ hərbi qüvvələri Gürcüstanda sovet hakimiyyəti əleyhinə keçirilən nümayişi boğub.
1977-ci ildə BMT-nin Baş Assambleyasında 8 mart - qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
1996 - Prezident Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərə gedib. Səfər gedişində iki ölkə arasında tərəfdaşlıq və qarşılıqlı təhlükəsizlik yardımı haqqında saziş və digər müqavilələr imzalanıb.

Mənbə: Milli.Az

8 mart 2014
GO BACK