Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Temperatur gecə və gündüz 3-6° isti olacaq, axşam 0°-yə yaxınlaşacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaarabir yağıntı olacağı gözlənilir.Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.Temperaturun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağıntı olacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Temperatur gecə 3-8°, gündüz 12-17° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Temperatur gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 1-5°, gündüz 7-12° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı iki gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaq.
Mənbə: Milli.Az