Qadin.NET / Nəhayət ki, Mercedes S-Class...

Nəhayət ki, Mercedes S-Class...

 

Nəhayət ki, Mercedes S-Class...
İnkar etmək çətindir ki, Cenevrə avtomobil sərgisinin əsas premyeralarından biri 2014 Mercedes-Benz S-Class Coupe oldu. Keçən il təqdim edilmiş konsept 2013-cü il ərzində ən yaraşıqlı avtomobillərdən biri hesab edilir, ona görə də seriya versiyası səbirsizliklə gözlənilirdi.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mercedes-Benz S-Class Coupe çox dəbli və zərif görünür, deməli almanlarda CL-Class üçün layiqli əvəz alınıb. İkiqapılı kupenin ölçüləri belədir: uzunluğu - 5027 millimetr, eni - 1899 millimetr və hündürlüyü - 1411 millimetr. Təkər bazası - 2495 millimetr.Bəziləri arxa hissədə Renault Laguna Coupe ilə oxşarlıq görür, amma bu heç nəyə mane olmur, çünki yeni S-Class Coupe hal-hazırda ən gözəl avtomobillərdən biridir.Avtomobilin çıxışı bu ilin ikinci yarısına planlaşdırılıb. Əvvəlcə bazarda 455 a.g. və 700 Nm hasil edən 4,7 litrlik V8 mühərriklə S 500 Coupe versiyası əlçatan olacaq. Bir çox məsələlərdə xüsusiyyətlər və opsiyalar sedanla analoji olacaq, hərçənd kupenin faralarda Swarovski kristalları kimi bir neçə özünəməxsus fişkası da var.

 

 

Nəhayət ki, Mercedes S-Class...


Mənbə: Milli.Az

 

6 mart 2014
GO BACK