Sosial media məlumatları əsasında vizuallaşdırma yaratmağa icazə verən Vizify startapı Yahoo! tərəfindən satın alınıb. Sazişin maliyyə şərtləri açıqlanmır.Milli.Az ICTnews-a istinadən bildirir ki, satın alınmış şirkətin texnologiyaları insanlara şəbəkədə mübadilə etdiyi məlumatlar əsasında infoqrafika və video yaratmağa icazə verir. Ödənişli tarif planından istifadə edən Premium istifadəçilər öz materiallarını Vizify serverlərində yerləşdirə bilərlər.Şirkətin bəyanatına əsasən, tərtibatçılar komandası Yahoo!-ya qoşulan kimi Vizify bağlanacaq.
Mənbə: Milli.Az