Qadin.NET / Android bazarı ələ aldı

Android bazarı ələ aldı

 

Google şirkəti Android mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlıq səviyyəsi haqqında informasiyanı bölüşüb.Milli.Az ICTnews-a istinadən bildirir ki,ən populyar versiya Android 4.1 Jelly Beandir: onun bazar payı 35,3 faizdir. Ötən ayla müqayisədə bu platformanın bazar payı 0,2 faiz azalıb. İkinci yerdə 19 faiz göstərici ilə Android 2.3.3-2.3.7 Gingerbread platforması qərarlaşıb: bir ayda bazar payı 1 faiz azalıb. Üçüncü yerdə 17.1 faiz göstəriciyə malik Android 4.2 Jelly Bean versiyası qərarlaşıb.Dördüncü yerdə 15.2 faiz göstəriciyə malik Android 4.0 Ice Cream Sandwich versiyası qərarlaşıb. Reytinqdə beşinci yerdə Android 4.3 Jelly Bean versiyasıdır.

 

Mənbə: Milli.Az

6 mart 2014
GO BACK