Qadin.NET / Yaponlar Lexus-u dəyişdilər

Yaponlar Lexus-u dəyişdilər

 

Yaponlar Lexus-u dəyişdilər
Yaponiyanın lüks “Lexus RC” kupesində yeni “RC 350 F Sport” modifikasiyası peyda olub. O, “RC 350” və “RC F” variantları arasında qərarlaşacaq.Milli.Az Auto.az-a istinadən bildirir ki, yenilik bir sıra əlavələr və idman paketi almaqla “RC 350” variantının “idmançı” formasına bənzəyir. Dinamik xarakteristika çətin ki, adi modeldən fərqlənsin, lakin idarəetmə və hərəkət xüsusiyyətləri daha yüksək səviyyədə olacaq.Yeniliyin dünya üzrə təqdimatı beynəlxalq Cenevrə avtosalonu çərçivəsində keçiriləcəkdir. “F Sport” idman paketi yapon avtomobilinə böyük torlu radiator barmaqlığı, əyləclərin soyudulması üçün ventilyasiya kəsikləri olar fərqli qabaq bamper, qara diffuzoru.Həmcinin avtomobil bir cüt böyük qaz buraxma sisteminin boruları olan arxa bamper və 19-düymlük eksklüziv konstruksiyalı yüngüllehimli disklər verib. “Lexus RC 350 F Sport”-un salonu da idman üslubunda düzəldilib.Burada iki müxtəlif çaları olan dəri və metal pedallar görmək olar. 3,5-litrlik 6-silindrli 306 a.g-lü mühərrik və 8-pilləli avtomat sürət qutusu standart qalacaq, əvəzində isə uyğun asılqan daha idmansayağı iş rejimi alacaq.

 

 

Yaponlar Lexus-u dəyişdilər


Mənbə: Milli.Az

 

4 mart 2014
GO BACK