Qadin.NET / Samsung Chromebook 2 təqdim olundu

Samsung Chromebook 2 təqdim olundu

 

Samsung Electronics şirkətinin ABŞ ofisi Chromebook 2 Series istehsal xətti çərçivəsində noutbukların rəsmi təqdimatını keçirib. Bura səkkiznüvəli prosessor və Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən iki model daxildir.Milli.Az ICTnews-a istinadən bildirir ki, Chromebook 2 kiçik modeli 1366 x 768 piksel təsvir ölçülü 11,6 düym diaqonallı displey, 1,9 QHs takt tezlikli Samsung Exynos 5 Octa çipi ilə təchiz edilib. Nisbətən böyükölçülü noutbuk modeli 1920 x 1080 piksel təsvir ölçülü 13,3 düym diaqonallı ekrana və 2,1 QHs takt tezlikli prosessora malikdir. Qurğuların avtonom rejimdə iş vaxtı müvafiq olaraq 8 və 8,5 saata bərabərdir.Samsung Chromebook 2 konfiqurasiyasına 4 Qbayt operativ yaddaş və 16 Qbayt daxili yaddaş, HDMI və USB 2.0/3.0 çıxışları, microSD fləş-kartı üçün slot, hər birinin gücü 2 Vt təşkil edən iki dinamika və HD formatlı videonun yazılması imkanı ilə veb-kamera daxildir.11,6 düymlü versiyanın çəkisi 1,1 kq, ölçüsü 290 x 205 x 16,8 mm təşkil edir. Böyük modelin 323 x 224 x 16,5 kütlə ilə çəkisi 1,4 kq-a bərabərdir.Noutbukların satışlarına apreldə başlanacaq. 11,6 düym ekrana malik modelin qiyməti 320 dollar olacaq ki, bu da 13,3 düymlü modellə müqayisədə 80 dollar azdır.

Mənbə: Milli.Az

4 mart 2014
GO BACK