Qadin.NET / Rus əsgərlər ukraynalılara atəş açdılar

Rus əsgərlər ukraynalılara atəş açdılar

 

Ukraynanın Krım yarımadasına yeridilmiş 7 min rus hərbçisi artıq aktiv "fəaliyyət"ə başlayıb.Milli.Az AHT-yə istinadən bildirir ki, Ukrayna Hərbi-Hava Qüvvələrinin Belbekdəki aviabazasını mühasirəyə alan rusiyalı hərbçilər ukraynalı əsgərləri bazaya yaxınlaşmağa qoymurlar.Ruslar Belbekə doğru irəliləyən 300 ukraynalı hərbçini dayandırmaq üçün havaya xəbərdarlıq atəşi açıblar.Lakin ukraynalı hərbçilər hərəkətə davam ediblər və bu zaman ruslar avtomatları onlara tuşlayaraq "Dayanmasanız, atəş açacağıq!" deyiblər.
Mənbə: Milli.Az

 

4 mart 2014
GO BACK