Ukraynadakı Krım Muxtar Respublikasının yeni, aşkar Rusiyapərəst hakimiyyəti referendumu vaxtından əvvəl keçirmək niyyətindədir.Milli.Az UNİAN-a istinadən bildirir ki, Krımın yeni baş naziri Sergey AksyonovSimferopolda keçirdiyi mətbuat konfransında deyib: "Krımın statusu ilə bağlı referendumun nəzərdə tutulduğu vaxtdan, yəni martın 30-dan tez keçiriləcəyini düşünürəm. Referendumla bağlı yekun qərar Krım Ali Sovetinin bu həftənin sonunadək keçiriləcək iclasında qəbul olunacaq".Krımda mayın 25-də referendumun keçirilməsi barədə qərar Krım Ali Sovetinin fevralın 27-də keçirilmiş iclasında qəbul olunub. Həmin gün rusiyalı hərbçilər Krım hökuməti və Ali Sovetinin binasını ələ keçirmişdilər.
Mənbə: Milli.Az