Qadin.NET / Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır

 

30 metrlik 2014 DX110 asteroidi bu gecə Yerdən 350 min kilometr aralıdan keçəcək.Bu isə Ayın orbitinin radiusundan 30 min kilometr azdır.Milli.Az Space-ə istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin hesablamalarına görə, asteroidin keçidi planetdə fəsadlar yaratmayacaq.Beynəlxalq Astronomiya İttifaqı nəzdindəki Kiçik Planetlər Mərkəzindən verilən məlumatda bildirilir ki, 2014 DX110 asteroidi fevralın 28-də Havay adalarındakı 1,8 metrlik teleskopla aşkarlanıb. Tədqiqat işləri benəlxalq Pan-STARRS1 proqramı çərçivəsində aparılır.2014 DX110 asteroidi Yerə çox yaxınlaşan səma cisimləri qrupuna aiddir.
Mənbə: Milli.Az

 

4 mart 2014
GO BACK