Qadin.NET / Azərbaycanda səfərbərlik?

Azərbaycanda səfərbərlik?

 

AzNews.az-ın əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan zabitlərin yaşadıqları ünvana məktub göndərilir. Məktubda onlardan Xidmətin yerli idarələrinə ehtiyatda olan zabitin hərbi vəsiqəsi ilə gəlmələri tələb olunur.Məsələ ilə bağlı Respublika Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəsmi mövqeyini də öyrəndik.Qurumun ictimaiyyətlə əlaqə sektorunun müdiri Nurəddin Heydərov bu çağırışların konkret nə ilə bağlı olduğunu deməyib. Lakin bildirib ki, hərbi vəzifə və hərbi xidmət haqqında ölkə qanununun 45.1 maddəsinə əsasən, hərbi vəzifəlilərin ehtiyatda olduğu dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Zabitlərin Xidmətin idarələrinə dəvət olunması da bu maddələrlə əlaqədardır.

Mənbə: Milli.Az

4 mart 2014
GO BACK