Qadin.NET / 8 Martda Bakıda hava necə olacaq?

8 Martda Bakıda hava necə olacaq?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ilkin proqnozlara əsasən, Bakıda və Abşeron yarımadasında martın 8-də daha çox küləkli hava şəraiti müşahidə ediləcək. Martın 7-də axşam, martın 7-dən 8-nə keçən gecə və səhər havanın bir qədər yağmurlu olacağı gözlənilir.Martın 7-də axşam və martın 8-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar martın 8-də havanın temperaturu martın 7-nə nisbətən bir qədər enəcək.Bakıda və Abşeron yarımadasında martın 7-dək havanın temperaturu iqlim normasından yüksək olacaq. Gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, martın 8-nə olan hava şəraiti ilə bağlı növbəti günlərdə daha dəqiq proqnoz veriləcək.
Mənbə: Milli.Az

 

4 mart 2014
GO BACK