Qadin.NET / Mart gəldi, dərd gəldi?

Mart gəldi, dərd gəldi?

 

Belə ki, bir çox insanlarda baş ağrıları, yorğunluq, süstlük müşahidə olunur, iqlimin dəyişdiyi ərəfədə müəyyən xəstəliklər baş qaldırır. Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu çox da qorxulu deyil. Sadəcə həyat tərzinizdə, qida rasionunuzda kiçik bir dəyişiklik etsəniz, baharın gəlişini sağlam və gümrah bayram ovqatında qarşılayacaqsınız.

1. İqlim dəyişməsində, xüsusilə qış fəslindən yaz fəslinə keçid dövründə orqanizmin vitaminlərə tələbatı artır. Bu səbəbdən də ilk növbədə orqanizminizi vitaminlərlə zənginləşdirin ki, bədəninizin müqaviməti, immun sistemi güclənsin.
2. Tərkibində kofein olan içkilərdən az istifadə edin. Daha çox adi, qazsız suya üstünlük verin. Çalışın ki, hər gün 7-8 stəkan su qəbul edəsiniz. Bir-iki gün buna riayət etsəniz, sonradan bu, vərdiş halına çevriləcək.
3. Yaz fəslində yuxu rejiminə riayət etmək ən vacib şərtlərdən biridir. Sutka ərzində 7-8 saat yuxunun təmin olunması gümrahlığınız və xoş əhvalınız üçün zəmanətdir.
4. Xüsusilə səhərlər mədənizi ağır qidalarla yükləməyin. Yüngül sıyıqlar və meyvə şirələri daha məsləhətlidir.
5. Özünüzü məcbur edin ki, oturaq həyat tərzinizdə bir az dəyişiklik edəsiniz. Gəzintiyə çıxmağa tənbəllik edəndə sadəcə bir şeyi düşünün ki, çöldə bahar təravətli hava var.
6. Dərinizi və gözlərinizi yaz günəşindən qoruyun. Gəzinti üçün səhər və axşam saatlarında vaxt ayırın.
7. Çalışın ki, qida rasionunuzda yağlılığı az olan ağartı məhsulları, mövsümə uyğun meyvə və tərəvəzlər üstünlük təşkil etsin.
8. Stressdən və gərginlikdən uzaq olmaq üçün istirahətə və əyləncəyə vaxt ayırmağı unutmayın.
Ən adi qaydalara əməl etməklə hər biriniz doğmalarınızla birgə bahar fəslinin bütün gözəlliklərini sağlam və şən əhvalda duya bilərsiniz. 

Mənbə: Milli.Az

4 mart 2014
GO BACK