Qadin.NET / Rusiya geri çəkilir?

Rusiya geri çəkilir?

 

Rusiya SQ-nin ali baş komandanı, Prezident Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Peskovun sözlərinə görə, dünən təlimlərin uğurla keçməsi barədə Putinə məruzə edildikdən sonra "Rusiya Silahlı Qüvvələrinin ali baş komandanı, Prezident Vladimir Putin hərbi təlimlərdə iştirak etmiş qoşun və birləşmələrə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verib".

Mənbə: Milli.Az

 

4 mart 2014
GO BACK