Qadin.NET / Həftənin ulduz falı

Həftənin ulduz falı

 

OĞLAQLAR işdə çoxlu yeni təkliflər alacaqlar. Yaxın vaxtlarda o qədər işiniz olacaq ki, başınızı qaşımağa vaxt tapmayacaqsınız. Özünüzə inamlı olmalısınız. Yoxsa həmkarlarınızdan biri istədiyiniz mövqeyi əlinizdən alacaqdır. Sevdiklərinizə qarşı mehriban və nəzakətli olun. Onların könlünə dəyməyin. Yadınızda saxlayın ki, insan odun deyil ki, qırılanda səs çıxarsın.

DOLÇALAR maliyyə işlərində ayıq-sayıq olmalıdırlar. Yoxsa maliyyə durumunuz təhlükə altında ola bilər. Siz işdə yaranan dolaşıqlıqdan faydalanmağa çalışan fürsətçiləri daim diqqət mərkəzində saxlamalısınız. Mövqelərinizi qorumaq üçün fəal olmalısınız.
BALIQLAR etibarlı dost sayəsində karyeraları üçün çox perspektivli imkan əldə edəcəklər. Bəziləriniz xarici təşkilatlardan təkliflər alacaqdır. Bu da professional nüfuzunuzu bir xeyli möhkəmləndirəcəkdir. Nöqteyi-nəzərinizi müdafiə etmək üçün göstərdiyiniz prinsipiallıq layiqincə qiymətləndiriləcəkdir və siz işdə sürətlə irəliləməyə başlayacaqsınız.
QOÇLAR bu həftə bütün maliyyə problemlərini uğurla həll edə biləcəklər. Maraqlı ünsiyyət, işgüzar görüşlər müsbət nəticələr verəcəkdir. Problemlərlə üzləşməmək üçün sənədlərinizi qaydaya salmalısınız. Tanışınızın iş təklifi müəyyən şərtlərlə müşayiət olunacaqdır.
BUĞALAR mütəşəkkillik nümayiş etdirib tapşırığın öhdəsindən təyin olunmuş vaxtda gəlməsələr, rəhbərliyin tənqid hədəfinə tuş gələcəklər. İşdir, ərizə yazıb qapını çırpıb getmək fikrinə düşsəniz, münasib alternativ barədə düşünməlisiniz. Yoxsa sonrakı peşmançılıq fayda verməyəcəkdir.

 ƏKİZLƏR xarici ölkədən işlə bağlı maraqlı təklif alacaqlar. Bu, ya telefon zəngi, ya məktub, ya da xarici həmkarla görüş ola bilər. Biznesmenlər yeni layihələrə pul yatırmaq məsələsində ehtiyatlı olmalıdırlar. Çünki həmin müqavilələrin müddəti uzana bilər və siz dəƏli aşından da olarsınız, Vəli aşından da.
Ticarət, marketinq və mehmanxana biznesi ilə məşğul olan 

XƏRÇƏNGLƏRƏyaxın dostlarından cəlbedici təklif gələcəkdir. Yeni iş həm miqyaslı, həm də pullu olacaqdır və imkanlarınızı reallaşdırmağa şərait yaradacaqdır. Bu həftə asudə vaxtınız çox olacaqdır Sevdiklərinizin yanında kefiniz istəyən qədər dincələ bilərsiniz.
ŞİRLƏR müstəqil layihəyə başlayırlar. Bu layihə xidməti pillələrlə irəliləməyinizə və məvacibinizin artmasına yol açacaqdır. Karyeranızda maraqlı olan şəxs ilə əlaqə yaratmalısınız. Yaxşılığınızı istəyən bu adamın köməyi ilə çox şeyə nail olacaqsınız.
QIZLAR emosional yüksəliş hiss edəcəklər. Özünüzdə dağı-dağ üstünə qoymaq əzmi hiss edəcəksiniz. Pulla bağlı cəsarətli planlar qurub dərhal onların icrasına başlamalısınız, məqsədə asanlıqla nail olacaqsınız. İdeyalarınız isə ətrafdakılar tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Baş verənlərə kəskin reaksiya verməyə tələsməyin, yaxşı olar, səbrinizi basıb yanınızdakı insanları dinləyəsiniz.
TƏRƏZİLƏR məqsədə çatmaq üçün istədikləri vasitəyə əl ata bilərlər. İnadkarlığınız nəinki mane olmayacaq, üstəlik, təkan işlərinizə təkan verəcək, vəziyyəti xilas edəcəkdir. Qərar qəbul etməkdə cəsarətli olun, amma unutmayın ki, əməllərinizə görə cavab verməli olacaqsınız. Yaşlı nəslin nümayəndələrindən tez-tez eşitdiyiniz dəyərli məsləhətlərdən istifadə etməyə çalışın.
ƏQRƏBLƏR işlə bağlı yaxşı xəbərlər eşidəcəklər. Bu, sizə həm yaxşı məvacib, həm də şöhrət gətirəcəkdir. Maliyyə imkanlarınız layihələrinizin icrasını xeyli sürətləndirəcək, onları vaxtından əvvəl başa çatdırmağınıza imkan verəcəkdir. Yeni bizneslə bağlı maraqlı ideya yaranacaqdır.
OXATANLAR hər sahədə özlərini zirvədə hiss edəcəklər. Siz bu həftə kiçik də olsa, mühüm bir məqsədə nail olacaqsınız. Sevdiyiniz insan yaxşı məsləhət verəcək, problemin həllinin düzgün yolunu göstərəcəkdir. Əmək həftəsini köhnə tanışların və dostların əhatəsində xoş əhval-ruhiyyə ilə başa vuracaqsınız. 

Mənbə: Milli.Az

4 mart 2014
GO BACK