
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı, sulu qar yağacağı ehtimalı var.Temperatur gecə 0-5° isti, şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı olacağı ehtimalı var.Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşam isə yağıntı olacağı ehtimalı var.Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı olacağı ehtimalı var.Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, gecəyə doğru isə yağıntı olacağı ehtimalı var.Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı olacağı ehtimalı var.Temperaturun gecə 5-8°, gündüz 11-16° isti, dağlarda gecə 1-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Mənbə: Milli.Az