İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər deyirlər ki, populyar WhatsApp mobil messencerində aşkar edilmiş boşluq nəticəsində 450 milyondan çox istifadəçi hakerlərin qurbanı ola bilər. Praetorian konsaltinq şirkətindən bildirilib ki, WhatsApp messencerində kriptoqrafiya protokolunda bir neçə boşluq mövcuddur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, WhatsApp messencerində SSL 2.0 texnologiyasından istifadə edilir. Bu versiya hücumlara meyillidir, iki son nöqtə arasındakı birləşməni izləməyə, həmçinin deşifrə etməyə və bəzi hallarda trafiki manipulyasiya etməyə icazə verir.
Bundan başqa, WhatsApp messenceri saxta veb-sertifikatlarla həyata keçirilən hücumların bloklanması üçün Certificate Pinning kimi tanınan məşhur texnikanı layiqincə inkişaf etdirə bilməyib. Belə ki, sözügedən texnika server təyin edilmiş sertifikatdan istifadə etdiyi halda tətbiq üçün təhlükəsiz rabitə kanalları üzrə işləməyə icazə verir.
Mənbə: Milli.Az