Qadin.NET / Hansı brauzer daha populyardır?

Hansı brauzer daha populyardır?

 

Cari ilin fevral ayına olan məlumata görə, Chrome və Firefox brauzerlərinin bazar payı, demək olar ki, bərabərdir: Google-un brauzerinin payı 16.8%, Firefox-da isə 17,6%-dir. Net Applications tədqiqat şirkətinin məlumatına görə, Microsoft-un Internet Explorer brauzeri liderdir. Milli.Az ICTnews-a istinadən bildirir ki, onun göstəricisi sabitdir: fevral ayında 58,19% təşkil edib.Norveçin Opera brauzeri, demək olar ki, yeni istifadəçi cəlb etmir, köhnə istifadəçilər isə tədricən proqramdan imtina ediblər. Əgər bu tendensiya saxlanılsa, 2014-cü ilin sonunadək onun bazar payı 1%-dən aşağı düşə bilər.
Mənbə: Milli.Az
4 mart 2014
GO BACK