Qadin.NET / Aqressiv asmalı Lamborghini Aventador

Aqressiv asmalı Lamborghini Aventador

 

Aqressiv asmalı Lamborghini Aventador
Mətbuat üçün sabah açılacaq Cenevrə beynəlxalq avtosalonunda Nimrod Performance şirkəti Lamborghini Aventador LP700-4 italyan superkarı üçün hazırladığı bodi-kiti göstərəcək. Şirkət avtomobilin kuzovuna son dərəcə aqressiv aerodinamik asma "geyindirib" və bununla da avtomobilin orijinal dizaynını kardinal şəkildə dəyişdirməyə nail olub. Karbon elementlərə və parlaq rəng tərtibatı sxeminə eksklüziv aksessuarlar və sadə texniki tamamlamalar əlavə edilib.Milli.Az 4charx.com-a istinadən bildirir ki, slovakiyalı tünerlər bütün lazımlı aerodinamik komponentləriylə (önlük və yan qanadlar) və gün işığının vertikal işıq diodu atəşləriylə təchiz edilmiş yeni qabaq bamper hazırlayıblar. Kuzovun burun hissəsinin stili də həmçinin havalanan karbon kapot və qabaq qanadlarda havalanma dəlikləri sayəsində dəyişib. Bortlarda yan ətəklər quraşdırılıb. Dama təknə "bərkidilib", mühərrik bölməsini isə Sesto Elemento superkarı üslubunda qapaqla örtüblər. İri antiqanad və tamamilə fərqli arxa bamper arxa hissəni bəzəyir.Aventador unikal kökləmə proqramı haqqında daha ətraflı məlumat onun rəsmi debütündən sonra məlum olacaq.

 

 

Aqressiv asmalı Lamborghini Aventador


Mənbə: Milli.Az

4 mart 2014
GO BACK