Qadin.NET / iMessage 20 dəfə populyarlaşdı

iMessage 20 dəfə populyarlaşdı

 

Apple korporasiyasının direktoru Tim Kuk yaxın vaxtlarda elan edib ki, şirkətin iMessage messenceri son zamanlar bazarda böyük uğurlara imza atıb. Belə ki, son hesabata əsasən, alma qurğusu sahiblərinin arasında bu tətbiqin populyarlığı və ona tələbat yalnız son ildə 20 dəfə artıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin yanvar ayına görə, iMessage messenceri gündəlik orta hesabla 2 milyard mesaj emal edib. 2014-cü ilin müvafiq ayının nəticəsinə görə, bu göstərici artıq 40 milyard təşkil edib. iMessage artıq WhatsApp messencerinə açıq-aşkar rəqibdir. Sonuncu gündəlik 50 milyard mesaj emal edir.
Mənbə: Milli.Az
4 mart 2014
GO BACK