Lexus şirkəti RC kupesinin F Sport idman-paketiylə ilk şəkillərini yayıb. Bu modifikasiyanın dünya premyerası Genevrə avtosalonu çərçivəsində olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, idman paketli kupeni adi Lexus RC 350 -dən radiatorun iri tor barmaqlığı, kuzovun daha aqressiv asması, həmçinin 19 düymlük eksklüziv təkər diskləri və interyerin xüsusi tərtibatı ayırır.Güc qurğusu dəyişməyib. İkiqapılı avtomobil 306 güclü 3,5 litrlik altı silindrli mühərrik və səkkiz pilləli avtomat ötürücü qutu ilə birləşib. Modelin dinamik xarakteristikaları hələ bildirilmir.Bundan başqa kupe adaptiv asqı və tam idarə edilən şassi ilə komplektləşdiriləcək.Həmçinin Cenevrədə RC modelinin "qaynar" variantı debüt edəcək. O 450 at gücü hasil edən beş litrlik mühərrik, aktiv dal spoyler, 19 düymlük təkər diskləri, həmçinin dörd porşenli Brembo əyləc mexanizmləri ilə təchiz ediləcək.
Mənbə: Milli.Az