Qadin.NET / Dünyanın ən varlı adamı məlum oldu

Dünyanın ən varlı adamı məlum oldu

 

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Forbes" jurnalının illik reytinqinə əsasən, Bill Qeytsin sərvəti 76 milyard dollardır.Amerikalı milyarder liderlikdən 4 il əvvəl məhrum olmuşdu. "Forbes" ötən ilin ən varlı adamının meksikalı media-maqnat Karlos Slim olduğunu açıqlamışdı.Lakin cari ilin reytinqində meksikalı 72 milyard dollarlıq sərvətlə ikinci yerdə qərarlaşıb.İlk üçlüyü isə "Inditex" şirkətinin əsas sahibi ispaniyalı Amansio Orteqatamamlayır. Onun var-dövləti 64 milyard dollara bərabərdir.Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, milyarder Uorren Baffet (58,2 milyard dollar) və "Oracle"ın qurucusu və baş direktoru Larri Ellison (48 milyard dollar) tuturlar.

Mənbə: Milli.Az

3 mart 2014
GO BACK