Milli.Az fins.az-a istinadən xəbər verir ki, 2013-cü ildə Azərbaycanda 105 mindən artıq avtomobil qeydiyyata alınıb.Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı hesabatda bildirilir ki, 2013-cü ildə Baş idarənin əməkdaşları tərəfindən 105 076 avtomobil ilkin qeydiyyata alınıb. Nəticədə respublikada olan avtomobillərin ümumi sayı 1 245 677-yə çatıb. Bundan başqa, ötən il 102 min nəfərə yaxın vətəndaş avtomobil idarə etmək hüququ qazanıb. Belə ki, il ərzində vətəndaşlara 101 min 897 sürücülük vəsiqəsi verilib.
Mənbə:Milli.Az