Əgər kişilərin gözü ilə məsələyə nəzər salsaq, sözsüz ki, çoxlu xanımın işlədiyi kollektivdə çalışmaq daha xoşdur. Belə olan yerlərdə kişi daha çox diqqət mərkəzində olacaq. Nahar ucuz başa gələcək, bəlkə də xanımlar onu şəxsi maşınlarında gətirəcəklər ki, bu da nəqliyyat xərclərinin azalması deməkdir. Hətta karyera imkanları da yaxşılaşacaq. Sözsüz ki, bütün bunlar kollektivə xoş gələcəyiniz təqdirdə ola bilər. Hələ bu da işin yarısıdır. Çünki xanım kollektivində işləyən kişi daha diqqətli olmalıdır. Bir yoldaşını digər yoldaşından daha üstün tutsa, işlər yaxşı getməyəcək.
Milli.Az Day.Az saytına istinadən bildirir ki, kişi kollektivinin mənfi və müsbət cəhətləri var. Çünki kişi kollektivində də "sözbaz"lar olur. Bununla belə, kişi kollektivində işləməyin üstün cəhətləri də şübhəsizdir. Burada yaxşı dostlar taparaq kollektivin möhkəmliyini yoxlaya bilərsiniz.
Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular?
Mənbə: Milli.Az