
Qüds şəhərində arxeoloji-qazma işləri aparan alimlər 1-ci əsrdə inşa edilmiş bir sərdabədə xristianlığa aid fiqurların olduğu rəsmlər və yazılar aşkarlayıblar.
Milli.Az AHT-yə istinadən bildirir ki, sərdabədəki "sümük qutuları" adlı daş sarkofaqlardakı təsvirlərin Qüdsdə xristianlığa aid ən qədim izlər olduğu vurğulanır.
Arxeoloqlar məzarlığı uzaqdan idarə olunan robot kamera ilə araşdırıblar. Əhəng daşından hazırlanmış sarkofaqlardan birinin üzərində yunanca "Müqəddəs Tanrım, qaldır, qaldır" yazısı var.
Digər qutuda isə ağzında Yunus peyğəmbəri tumuş bir balıq rəsmi var.
Bu rəsmlərin Qüdsdə ilk xristianlar tərəfindən çəkildiyi düşünülür.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az