Qadin.NET / Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaqlar?

Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaqlar?

 

"Azərbaycan digər ölkələrin inkişafı üçün modeldir. Azərbaycan ilə əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə ümid edirik".Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Əfqanıstanın Müdafiə Nazirliyinin Hərbi ümumi siyasət və insan resursları şöbəsinin rəhbəri Mohd Qasem Vardak bildirib.Onun sözlərinə görə, Azərbaycan və Əfqanıstan bir-birinə ən çətin zamanlarda da yardım edib:"Biz çiyin-çiyinə müstəqillik uğrunda mübarizə aparmışıq. Hesab edirik ki, Azərbaycan Əfqanıstana yardım edə bilər. Çünki bizim eyni problemlərimiz var. Ümid edirik ki, Azərbaycan sülhməramlıları 2014-cü ildən sonra da beynəlxalq əməkdaşlıq çərçivəsində Əfqanıstanda qalmağa davam edəcəklər".

Mənbə: Milli.Az

3 mart 2014
GO BACK