Azərbaycan Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ı təsdiqləyib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, şəhər və digər yaşayış məntəqələrinin əraziləri və ya ərazi hissələri funksional istifadəsinə görə məskunlaşma, istehsalat və landşaft-rekreasiya ərazilərinə bölünür.Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar), nəqliyyat, mühəndis infrastrukturu, kənd təsərrüfatı, xüsusi təyinatlı, hərbi və digər rejimli, xüsusi şərtlərlə istifadə olunan, xüsusi qorunan, ehtiyat zonalarına bölünür. Yaşayış zonaları tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur.Yaşayış zonası çoxmərtəbəli (9 və daha çox), orta mərtəbəli (5÷8 mərtəbəli), azmərtəbəli (5 mərtəbəyə qədər) və bloklaşdırılmış yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri olan zonalara bölünür.Rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, sututarları, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə edir. Yaşayış məntəqəsinin sərhədləri daxilində yerləşən mühafizə olunan təbiət obyektləri də bu zonaya daxil edilir.Rekreasiya zonalarının ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir.Sənaye zonaları əsasən istehsalatın xüsusiyyətindən, istehsal prosesində ətraf mühitə və atmosferə zərərli tullantıları buraxmasından və digər amillərindən asılı olaraq küləkli günlərin sayı və küləyin üstünlük təşkil etdiyi istiqaməti nəzərə alınmaqla müəyyənləşdirilir.
İstehsalat zonalarının yaşayış zonaları ilə qarşılıqlı əlaqələri elə qurulmalıdır ki, əhalinin iş yerlərinə çatma vaxtı şərti minimuma ensin. Bu zonalarda, həmçinin müxtəlif növ kommunal və anbar, mənzil-kommunal təsərrüfatı obyektlərinin, topdansatış ticarət bazalarının, su təchizatı və kanalizasiya qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Əhaliyə nəqliyyat xidməti göstərən şəhərdaxili tramvay və avtobus parkları, ictimai nəqliyyatın digər avtomaşın qarajları bu zonalarda yerləşdirilir.Ərazi zonalarında yolverilən tikintinin miqyası aşağıdakı cədvəl üzrə müəyyən edilir:
Ərazi zonaları
|
Ərazinin tikinti əmsalı
|
Ərazinin tikinti sıxlığı əmsalı
|
Yaşayış zonaları
Çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları, o cümlədən:
yenidən qurulan
orta mərtəbəli çoxmənzilli yaşayış binaları
azmərtəbəli çoxmənzilli yaşayış binaları
mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları
həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri
İctimai-işgüzar zona
çoxfunksiyalı tikinti
ixtisaslaşdırılmış ictimai tikinti
İstehsalat zonası
sənaye
elmi-istehsalat
kommunal-anbar
|
0.4
0.6
0.4
0.4
0.3
0.2
1.0
0.8
0.8
0.6
0.6
|
1.2
1.6
0.8
0.6
0.6
0.4
3.0
2.4
2.4
1.0
1.8
|
Mövcud binaların yenidən qurulması zamanı tikinti sıxlığının sanitariya-gigiyena və yanğın əleyhinə normalara əməl etməklə, 30 faizdən çox olmamaq şərtilə artırılmasına yol verilir.
Məbə: Milli.Az