Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-dən martın 7-dək Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminin yekun planlaşdırma konfransı və Azərbaycan - ABŞ ikitərəfli iş planına əsasən martın 5-dən martın 11-dək Qarmiş Partenkirxen şəhərində (Almaniya) xarici dillər kursları rəhbərlərinin konfransı keçiriləcək.Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Mənbə: Milli.Az