Böyük Britaniyadan olan mütəxəssislər Britaniya, İspaniya və Çindən olan 30-75 yaşlı 585 qadın arasında araşdırmalar aparıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlar təsadüfi seçilməmişdilər: çünki müxtəlif etnik qruplara və regionlara məxsus qadınların dərisi tamamilə fərqli qocalır. Araşdırma zamanı qadınların xarici görünüşü, dərilərinin və saçlarının vəziyyəti qiymətləndirilib. Nəticə göstərib ki, siqaret çəkmək, alkoqol, günəşin təsiri, solyariyə tez-tez baş çəkmək, qida rasionu qadınların xarici görünüşünə çox pis təsir edir. Tədqiqatın rəhbəri Endrü Mayers deyir ki, dərinin vəziyyətinin 50%-nə genetika cavabdehdirsə, 33% də həyat tərzinin payına düşür. Test aparan alimləri pis vərdişlərin insanın xarici görkəminə göstərdiyi təsirlər xeyli təəccübləndirib. Sağlam həyat tərzi prinsiplərinə sadiq qalan qadınlar isə faktiki yaşlarından 10 yaş daha cavan görünüblər.
Mənbə: Milli.Az